Medianews.az
Qutular, paketlər və zibillik... -
77 baxış

Qutular, paketlər və zibillik... - Bir qadının ölümünə səbəb oldu

İtaliyanın Verona şəhərində yaşayan bir qadın patologik yığıntıcılıqdan əziyyət çəkdiyi üçün evindəki əşyaların altında qalaraq ölüb.

Medianews.az xəbər verir ki, qadının yoxa çıxması barədə polisə onun tanışı müraciət edib.

Mobil telefon siqnalı ilə ünvan müəyyən edib. Lakin giriş illərlə yığılan tullantılarla tamamilə bağlandığı üçün karabinərlər mənzilə daxil ola bilməyiblər. 

Yanğınsöndürənlər qapını açaraq dar keçid düzəldiblər. Mənzil otaqlar paketlər, qutular və alış-verişlərlə dolu idi. Qadının cəsədi əşyaların altında aşkarlanıb. İstintaqın versiyasına görə, o, yıxılaraq yığıntıları üzərinə çəkib və onların altında qalıb.

Mütəxəssislər bildiriblər ki, bu hadisə sillogomaniya psixoloji pozuntu ilə bağlıdır. Bu sindrom insanın istifadə olunmayan əşyaları atmaqdan qorxaraq onları yığması ilə xarakterizə olunur.

Medianews.az

Bizə qoşulun