Qastroenteroloq Yekaterina Kaşux bildirib ki, 65 dərəcədən daha isti qida və içkilərin mütəmadi qəbulu qida borusu xərçəngi riskini artıra bilər.
Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, bu cür vərdiş orqanizm üçün potensial kanserogen faktor sayılır. Xüsusilə siqaret çəkən və spirtli içki istifadə edən insanlarda risk daha yüksəkdir.
Həkim qeyd edib ki, çox isti yemək və içkilərin qəbulunun soyuq qidalara nisbətən daha zərərli olduğu elmi baxımdan ehtimal edilir.
Medianews.az