Medianews.az
Qəzada şəhid olan mayor 4 ay sonra
234 baxış

Qəzada şəhid olan mayor 4 ay sonra ata olacaqmış... - FOTO

Gürcüstan sərhədində qəzaya uğrayan Türkiyə hərbi yük təyyarəsində şəhid olan pilot, mayor Serdar Uslu haqqında ürəkağrıdan məlumat yayılıb.

Milli.Az xəbər verir ki, Serdar Uslu 4 ay sonra ata olacaqmış. Onun həyat yoldaşı Göknur Uslu hamilə idi. Faciə xəbəri Bursanın Yenişehir rayonundakı ailəsinə çatdırılıb, evinə Türkiyə bayrağı asılıb və həkim briqadası hadisə yerində hazır gözləyib.

Qeyd edək ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsində olan ekipajın bütün üzvləri həlak olub. 

Bizə qoşulun