Medianews.az
Qayınanası tərəfindən qətlə yetirilən “Kainat Gözəli” ilə bağlı
57 baxış

Qayınanası tərəfindən qətlə yetirilən “Kainat Gözəli” ilə bağlı YENİ XƏBƏR

Meksikada keçmiş “Kainat Gözəli” Karolina Qomez evində güllələnərək qətlə yetirilib.

 Medianews.az xəbər verir ki, hadisənin təfərrüatları isə ictimaiyyətdə böyük sarsıntı yaradıb.

İlkin məlumata görə, qətl Qomezin qayınanası tərəfindən törədilib. Təhlükəsizlik kameralarına düşən görüntülərdə tərəflər arasında qısa mübahisənin baş verdiyi, daha sonra qadının otağa keçdiyi və arxasınca gələn qayınananın silahla 6 dəfə atəş açdığı görünür.

Hadisə zamanı evdə olan Qomezin həyat yoldaşı silah səslərini eşidən kimi körpəsi ilə otağa qaçıb. Bildirilir ki, o, baş verən şok hadisəyə baxmayaraq 8 aylıq körpəsinə görə bir müddət evdən çıxa bilməyib. Körpənin ana südü ilə qidalanması səbəbindən ata bir müddət həyat yoldaşının cansız bədəni ilə eyni evdə qalmalı olub.

Məlumata görə, hadisə zamanı evdə panika və qışqırıqlar yaşanıb. Qomezin həyat yoldaşının anasına reaksiya verdiyi də qeyd olunur.

Hadisədən sonra polis təhlükəsizlik kamerası görüntüləri əsasında əməliyyat keçirərək şübhəlini qısa müddətdə saxlayıb.

Faktla bağlı istintaq davam edir.

Bizə qoşulun