İstanbulun Pendik rayonunda balkonunda silah darağına güllə doldurduğu görüntüləri sosial mediada yayılan şəxs polis tərəfindən saxlanılıb.
Medianews.az xəbər verir ki, hadisə 22 aprel tarixində Fatih məhəlləsində baş verib.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə şübhəlinin açıq şəkildə silahla davranış sərgiləməsi diqqət çəkib. Bunun ardından İstanbul Polis İdarəsi məsələ ilə bağlı araşdırmaya başlayıb.
Aparılan əməliyyat nəticəsində kimliyi S.B. (44) kimi müəyyən edilən şəxs yaşadığı ünvanda saxlanılıb. Evdə aparılan axtarış zamanı lisenziyasız silah, maqazin və 50 ədəd güllə aşkar edilərək müsadirə olunub.
Polis bölməsində aparılan prosedurlardan sonra şübhəli məhkəməyə çıxarılıb. Məhkəmə qərarı ilə S.B. barəsində məhkəmə nəzarəti tədbiri seçilərək sərbəst buraxılıb.
Faktla bağlı araşdırmalar davam edir.
Medianews.az