Medianews.az
16 yaşlı qızla plan qurdu, həbsxanaya düşdü -
86 baxış

16 yaşlı qızla plan qurdu, həbsxanaya düşdü - GÖRÜNTÜLƏR

İstanbulun Kağıthane rayonunda baş verən hadisə film ssenarisini xatırladıb.

 Medianews.az xəbər verir ki, keçmiş sevgilisi ilə barışmaq istəyən gənc bu məqsədlə saxta soyğun planı quraraq sonda həbs edilib.

Hadisə 21 aprel tarixində Hamidiye məhəlləsində qeydə alınıb. Məlumata görə, Elifnur A. avtomobilinə mindiyi anda maskalı şəxs tərəfindən bıçaqla hədələnərək soyğunçuluğa cəhdə məruz qalıb.

Araşdırmalar zamanı məlum olub ki, hücumu törədən 16 yaşlı Y.A. bu işi Alperen M.-nin göstərişi ilə həyata keçirib. İddiaya görə, Alperen M. keçmiş sevgilisini “xilas edərək” qəhrəman kimi görünmək və bununla da onunla yenidən barışmaq istəyib.

Hadisədən sonra əraziyə gələn Alperen M.-nin şübhəlini təqib etməsi əvvəlcə təsadüfi kimi görünsə də, polis tərəfindən aparılan araşdırma nəticəsində planın əvvəlcədən qurulduğu üzə çıxıb. Təhlükəsizlik kameraları da hadisənin bütün detallarını qeydə alıb.

Polisə verdiyi ifadədə Alperen M. planı keçmiş sevgilisi ilə barışmaq üçün hazırladığını etiraf edib.

Faktla bağlı saxlanılan Alperen M. və Y.A. məhkəməyə çıxarılıb və hər iki şəxs “soyğunçuluq” ittihamı ilə həbs edilərək istintaq təcridxanasına göndərilib.

Bizə qoşulun