Medianews.az
Bir şəkil üçün milyonlar xərclədi: sosial media qarışdı -
49 baxış

Bir şəkil üçün milyonlar xərclədi: sosial media qarışdı - VİDEO

OnlyFans platformasında tanınan kontent yaradıcısı Sofi Reyn ilk dəfə ən böyük tərəfdarı ilə üz-üzə görüşüb.

Medianews.az xəbər verir ki, iddialara görə, həmin şəxs iki il ərzində ona ümumilikdə 4,7 milyon dollar xərcləyib.

Məlumata görə, tərəfdar bu müddət ərzində etdiyi ödənişlər qarşılığında yalnız bir şəkil əldə edib. Uzun müddət yalnız onlayn ünsiyyət quran tərəflərin ilk görüşü kameraya da düşüb.

Yayılan görüntülərdə Sofi Reyn və tərəfdarının sakit şəkildə bir araya gəldiyi görünür. Hadisə qısa müddətdə sosial mediada geniş yayılaraq müzakirələrə səbəb olub.

İstifadəçilər bu hadisə fonunda rəqəmsal platformalarda qurulan münasibətlər və yüksək məbləğdə xərclər barədə fərqli fikirlər səsləndiriblər.

Bizə qoşulun