Medianews.az
Qadınların qəribə oğurluq cəhdi kameralara düşdü -
61 baxış

Qadınların qəribə oğurluq cəhdi kameralara düşdü - ANBAAN VİDEO

Türkiyənin Siirt şəhərində baş verən maraqlı və eyni zamanda şübhəli hadisə təhlükəsizlik kameralarına düşüb.

Medianews.az xəbər verir ki, hadisə günorta saatlarında Afetevler məhəlləsində yerləşən bir yaşayış binasında qeydə alınıb.

Şəxsiyyətləri hələlik məlum olmayan üç qadın binaya daxil olaraq mənzilin qapısı önündə qoyulmuş ayaqqabıları yoxlamağa başlayıb.

Görüntülərdə qadınlardan birinin ayaqqabını götürərək iki dəfə iylədiyi, daha sonra isə digər şübhəli ilə birlikdə mənzilin qapısını kart vasitəsilə açmağa cəhd etdiyi əks olunub.

Lakin həmin an evin içərisindən səs gəldiyi üçün şübhəlilər təşvişə düşərək hadisə yerindən uzaqlaşıblar.

Baş verənlər təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Ailənin müraciətindən sonra polis əməkdaşları görüntüləri araşdıraraq şübhəlilərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Medianews.az

Bizə qoşulun