Türkiyənin Bursa şəhərinin Gürsu rayonunda yaşayan Meltem Ç. boşanma prosesində olduğu həyat yoldaşı İ.Ç.-ni ona məxsus qızıl zinət əşyalarını sevgilisi üçün istifadə etməkdə ittiham edib.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, əri sevgilisi ilə dini nikah bağlayaraq toy mərasimi keçirib və bu mərasim üçün Meltem Ç.-yə məxsus qızıl bilərzik və sikkələri nağdlaşdırıb. Qadın iddia edir ki, həmin vəsaitlə həm toy zalı kirayələnib, həm də yeni ev tikilib.
Meltem Ç. həmçinin ərinin əmisi tərəfindən ölümlə hədələndiyini bildirərək hüquq-mühafizə orqanlarına şikayət edib.
İddialarla bağlı açıqlama verən İ.Ç. isə səsləndirilən ittihamları qəbul etmədiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.


