Medianews.az
Nəhəng pikap "Lamborghini"nin üstünə çıxdı -
58 baxış

Nəhəng pikap "Lamborghini"nin üstünə çıxdı - VİDEO

ABŞ-ın Florida ştatında baş verən qeyri-adi yol-nəqliyyat hadisəsi sosial mediada geniş müzakirələrə səbəb olub.

 Medianews.az xəbər verir ki, hadisə zamanı qadın sürücü dayanacaqda manevr edərkən park edilmiş Lamborghini markalı idman avtomobilini görməyərək onu pikapı ilə birlikdə vurub.

Görüntülərdən məlum olur ki, aşağı profilli avtomobili fərq etməyən sürücü sözün əsl mənasında onun üzərindən keçib.

Nəticədə lüks avtomobilə ciddi ziyan dəyib. Hadisənin görüntüləri qısa müddətdə sosial mediada yayılaraq milyonlarla baxış toplayıb və istifadəçilər arasında müzakirə mövzusuna çevrilib.

Qəza ilə bağlı diqqət çəkən məqamlardan biri isə avtomobil sahibinin reaksiyası olub. O, açıqlamasında bildirib: “Maddi şeylər vacib deyil, ən önəmlisi sağlamlıqdır. Bu gün sağ olduğuma görə şükür edirəm”.

Faktla bağlı əlavə araşdırmaların aparıldığı bildirilir.

Bizə qoşulun