Medianews.az
Hörmüz boğazına gedən ABŞ hərbçiləri meymunların hücumuna
55 baxış

Hörmüz boğazına gedən ABŞ hərbçiləri meymunların hücumuna MƏRUZ QALDI

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin heyət üzvü Taylandın Pxuket şəhərində meymun hücumuna məruz qalıb.

Medianews.az xəbər verir ki, Hadisə gəmi Hörmüz boğazına doğru hərəkət edərkən baş verib.

Məlumata görə, heyət üzvləri qısa fasilə zamanı sahilə çıxıb və bu zaman bir dənizçi meymunun hücumuna məruz qalaraq yüngül xəsarətlər alıb.

İlkin tibbi müdaxilədən sonra infeksiya riskinə qarşı tədbir olaraq hərbçi Yaponiyaya təxliyə edilib. Rəsmi mənbələr onun vəziyyətinin yaxşı olduğunu bildirib.

Səlahiyyətlilər qeyd edib ki, baş verən hadisə gəminin missiyasına təsir göstərməyib və əməliyyat plan üzrə davam edir.

Bizə qoşulun