Medianews.az
Məşhur aktyorun vida mərasimində dava düşdü -
82 baxış

Məşhur aktyorun vida mərasimində dava düşdü - ANBAAN VİDEO

Türkiyənin tanınmış teatr, televiziya və kino aktyoru Ferdi Atuner 82 yaşında vəfat edib.

 Medianews.az xəbər verir ki, Ailəsi onun ölümünə səbəb kimi ürək tutmasını göstərib.

Uzun müddətdir səhhətində problemlər yaşadığı bildirilən İstanbul Dövlət Opera və Baletinin sənətçisinin vəfatı sənət ictimaiyyətində böyük kədər doğurub.

Ferdi Atuner üçün Atatürk Mədəniyyət Mərkəzində keçirilən vida mərasimində duyğulu anlar yaşanıb. Onun qızı İlayda Atuner çıxışında atasının sənətə həsr olunmuş bir ömür yaşadığını vurğulayaraq, “O, ən sevdiyi yerdə bizimlə vidalaşır” deyib.

Lakin mərasim zamanı gözlənilməz gərginlik də yaşanıb. Bildirilir ki, aktrisa Şehnaz Dilan ilə mərhum aktyorun kürəkəni arasında mübahisə baş verib. İlayda Atunerin də mübahisəyə qarışdığı qeyd olunur.

Hadisə zamanı aktrisa Asena Keskincinin səhnəyə çıxmağa hazırlaşdığı bildirilir. Gərginliyin qısa müddətdə səngidiyi açıqlansa da, baş verənlər mərasimin ab-havasına təsir edib.

Ferdi Atuner yaradıcılığı boyunca bir çox məşhur layihələrdə yer alıb. O, xüsusilə Levent Kırca ilə birlikdə çəkildiyi “Olacaq O Kadar” proqramı ilə tanınıb. Bundan əlavə, “Çocuklar Duymasın”, “En Son Babalar Duyar”, “Reytinq Hamdi”, “Ayrılsak da Beraberiz” və “Çılgın Bediş” kimi layihələrdə də rol alıb.

Sənətçi eyni zamanda uzun illər İstanbul Dövlət Opera və Baletində fəaliyyət göstərərək həm teatr, həm də səs sənətində iz qoyub.

Bizə qoşulun