2007-ci il “Miss Türkiyə” gözəllik müsabiqəsinin qalibi, aktrisa və model Selen Soyder ağır itki ilə üzləşib.
Medianews.az xəbər verir ki, məşhur aktrisanın böyük qardaşının vəfat etdiyi məlum olub.
Selen Soyder acı xəbəri sosial media hesabında etdiyi emosional paylaşım ilə ictimaiyyətə açıqlayıb. O paylaşımında, “Qardaşımı itirdim, həyatımı itirdim. İnamımı itirmədim və itirməyəcəyəm” sözlərini yazıb.
Aktrisanın paylaşımından sonra sosial mediada çoxsaylı başsağlığı mesajları paylaşılıb. Pərəstişkarları və izləyiciləri ona dəstək və təsəlli mesajları göndəriblər.
Selen Soyder 26 dekabr 1986-cı ildə İzmir şəhərində anadan olub. O, 2007-ci ildə “Miss Türkiyə” müsabiqəsində qalib gəldikdən sonra Türkiyəni “Dünya Gözəli” yarışmasında təmsil edib. Aktyorluq karyerası ərzində o, xüsusilə Yer Gök Aşk, Lale Devri və Bir Demet Tiyatro kimi televiziya layihələrindəki rolları ilə tanınıb. Bundan əlavə, o, müxtəlif reklam və televiziya layihələrində aparıcı kimi də fəaliyyət göstərib.
Medianews.az