Medianews.az
Arda Gülərin dəstək paylaşımı
57 baxış

Arda Gülərin dəstək paylaşımı gündəm oldu

“Real Madrid”in futbolçusu Arda Güler həbsdən azad edilən “Fənərbaxça”nın oyunçusu Mert Hakan Yandaş üçün sosial mediada dəstək paylaşımı edib.

Medianews.az xəbər verir ki, gənc futbolçu instaqram hesabında etdiyi paylaşımda Mert Hakan Yandaşa dəstəyini ifadə edib.

Qısa müddət ərzində paylaşım sosial mediada geniş yayılıb və azarkeşlər arasında trend mövzusuna çevrilib.

Mert Hakan Yandaşın azadlığa buraxılmasından sonra “Fənərbaxça” camiəsindən də bir sıra dəstək mesajları paylaşılıb. Arda Gülərin paylaşımı isə bu dəstək mesajları arasında xüsusi diqqət çəkib.

Qeyd edək ki, baş verən hadisə və futbolçuya verilən dəstək paylaşımları sosial mediada geniş müzakirələrə səbəb olub.

Bizə qoşulun