Türkiyənin Muğla vilayətinin Bodrum şəhərində təmirə qoyulan yaxtada yanğın baş verib.
Medianews.az xəbər verir ki, yaxtanın Trabzonsporun keçmiş prezidenti Sadri Şenerə məxsus olduğu bildirilir.
Hadisə Bodrumun İçmələr bölgəsində yerləşən gəmiqayırma zavodunda qeydə alınıb. Təxminən 20 metr uzunluğunda olan motorlu yaxta saat 09:00 radələrində hələlik naməlum səbəbdən alovlanıb.
Alovları görən şəxslər dərhal yanğınsöndürmə xidmətinə, tibb briqadalarına və polisə məlumat veriblər. Hadisə yerinə yanğınsöndürənlərlə yanaşı sahil təhlükəsizlik qüvvələri də cəlb olunub. Gəmiqayırma zavodunun işçiləri və xilasedicilərin operativ müdaxiləsi nəticəsində yanğın digər qayıqlara keçməmiş söndürülüb.
Yanğın nəticəsində Sadri Şenerə məxsus motorlu yaxta ciddi ziyan görərək yararsız hala düşüb. Hadisə yerinə Bodrum Regional Liman İdarəsinin rəhbəri Tuncay Aydın və Bodrum Dəniz Ticarət Palatasının prezidenti Orhan Dinç də gələrək əməliyyatları izləyiblər.
Faktla bağlı yanğının başvermə səbəblərini müəyyənləşdirmək üçün araşdırma başladılıb.
Medianews.az





