Medianews.az
Məşhur reper ilə bağlı etirafı
51 baxış

Məşhur reper ilə bağlı etirafı gündəm oldu

OnlyFans platformasında ən çox qazanan kontent yaradıcılarından biri olan Sofi Reyn dünyaca məşhur reper Dreyk ilə mesajlaşması barədə açıqlamalarından sonra yenidən medianın diqqət mərkəzinə düşüb.

Medianews.az-ın xəbərinə görə, Reyn bildirib ki, Dreyk ona tez-tez mesaj yazıb və hətta bir dəfə onu şəxsi təyyarə ilə Baham adalarına səyahətə aparmağı təklif edib.

Onun sözlərinə görə, həmin vaxt iş qrafiki sıx olduğu üçün bu təklifi qəbul etməyib.

“Biz danışırdıq və o, məni şəxsi təyyarə ilə Baham adalarına aparmaq istəyirdi, amma mənim planlarım var idi. Mən ona məşğul olduğumu dedim”, – deyə Reyn açıqlamasında bildirib.

Sofi Reyn həmçinin qeyd edib ki, Dreyk ona yenidən yazaraq onu görməzliyə vurub-vurmadığını soruşub. Reyn isə həmin gün çox məşğul olduğunu və ümumiyyətlə onunla münasibət qurmaq istəmədiyini deyib.

Onun bu açıqlamaları qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilər arasında Sofi Reyn və Dreyk arasında həqiqətən münasibət olub-olmadığı ilə bağlı müxtəlif iddialar irəli sürülür. Hələlik məsələ ilə bağlı Dreyk tərəfindən rəsmi açıqlama verilməyib.

Medianews.az

Bizə qoşulun