Medianews.az
Baharın ölüm səbəbi məlum oldu -
55 baxış

Baharın ölüm səbəbi məlum oldu - 1 nəfər SAXLANILDI

Türkiyənin Muğla vilayətinin Milas rayonunda kirayə götürülmüş qayıqda ölən 35 yaşlı Bahar Taşın ölüm səbəbi məlum olub.

Medianews.az xəbər verir ki, Məhkəmə-Tibbi Ekspertizasının rəyinə görə, Bahar Taş karbonmonoksit (dəm qazı) zəhərlənməsi nəticəsində həyatını itirib.

Məlumata görə, Aydının Efeler rayonunun Çeştepe məhəlləsində yaşayan Bahar Taş fevralın 7-də dostları ilə birlikdə Milasa istirahətə gedib. İddialara əsasən, onlar gecəni “Adas” adlı kirayə götürülmüş qayıqda keçiriblər. Fevralın 8-i saat 14:30 radələrində dostları Taşı kabinədə hərəkətsiz vəziyyətdə tapıblar və dərhal 112 Təcili Yardım xidmətinə məlumat veriblər.

Hadisə yerinə jandarma və sahil mühafizəsi qrupları cəlb olunub. Həkimlərin müayinəsindən sonra Bahar Taşın öldüyü müəyyən edilib. Onun meyiti yarılma üçün Muğla Məhkəmə Tibb İnstitutuna aparılıb və ekspertiza nəticəsində ölümün dəm qazından zəhərlənmə səbəbindən baş verdiyi təsdiqlənib.

Hadisədən sonra qayığın texniki xidmətinə cavabdeh olduğu və sahibi kimi müəyyən edilən Savaş E. jandarma tərəfindən saxlanılıb. Şübhəli şəxs Milasa gətirilərək ədliyyəyə təhvil verilib. Qayıqla bağlı texniki ekspertiza araşdırmaları isə davam edir.

Bizə qoşulun