Medianews.az
“Qarabağ”ın üzvü öz
66 baxış

“Qarabağ”ın üzvü öz İngiltərə klublarına təklif etdi

“Qarabağ”ın qapıçısı Mateus Koxalski İngiltərə mətbuatına maraqlı açıqlama verib.

Medianews.az-ın “Qafqazinfo”-ya istinadən məlumatına görə, o, Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a 2:3 hesabı ilə uduzduqları matçdan sonra “The Sun” nəşrinə danışıb. 

Koxalski özünü İngiltərə klublarına təklif edib: “Mənim ən böyük arzum İngiltərədə oynamaqdır. Ümid edirəm ki, Premyer Liqa və Çempionşip klublarının skautları məni izləyib. Onların transferim üçün addım atacaqlarına inanıram”. 

Xatırladaq ki, Mateus Koxalski Çempionlar Liqasında ən çox qurtarış edən üçüncü qapıçıdır - 45 dəfə.

Bizə qoşulun