Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxacaq.
Qurban Qurbanovun komandası Avstriya Bundesliqa təmsilçisi VSG “Tirol”la qarşılaşacaq.
“Gürnot Langes” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, “Qarabağ” ilk yoxlama oyununda Bakıda “Zirə”ni 4:3 hesabı ilə məğlub edib. “Köhlən atlar” Avstriya toplanışı çərçivəsində son iki yoxlama görüşünü isə iyulun 1-də keçirəcək.
Ağdam təmsilçisi həmin gün əvvəlcə Ukraynanın “Xarkov” komandası ilə Bakı vaxtı ilə saat 15:00-da, daha sonra isə Macarıstanın “Ferentsvaroş” klubu ilə saat 20:00-da üz-üzə gələcək.