Medianews.az
“Qalatasaray”dan Vedat Muriqi iddiası:
117 baxış

“Qalatasaray”dan Vedat Muriqi iddiası: Okan Burukun futbolçu ilə danışdığı bildirilir

“Qalatasaray”ın baş məşqçisi Okan Burukun “Fənərbağça”nın sabiq hücumçusu Vedat Muriqi ilə əlaqə saxladığı iddia olunur.

Medianews.az xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, hazırda “Malyorka”da çıxış edən kosovalı futbolçu ilə telefon danışığı aparılıb. Okan Burukun yeni mövsümdə Muriqini komandasında görmək istədiyi bildirilir.

Qeyd olunur ki, Okan Buruk və Vedat Muriqi daha əvvəl “Çaykur Rizəspor”da birlikdə çalışıblar. Hücumçu həmin dövrdə göstərdiyi performansla diqqət çəkmişdi.

Məlumata əsasən, Vedat Muriqi yenidən Türkiyədə çıxış etməyə müsbət yanaşır. Tərəflər arasında yaxın günlərdə rəsmi addımların atıla biləcəyi iddia edilir.

Kosovalı futbolçu 2019–2020 mövsümündə “Fənərbağça”nın heyətində uğurlu çıxışı ilə yadda qalmışdı. O, 36 oyunda 17 qol vurub, 7 məhsuldar ötürmə etmişdi.

“Qalatasaray”ın hücum xətti üçün alternativ variantlar üzərində çalışdığı, Vedat Muriqi transferinin isə klub azarkeşləri arasında maraq doğurduğu bildirilir.

Medianews.az

 

 

Bizə qoşulun