Medianews.az
Psixoloji sağlamlıq üçün kritik saatlar açıqlandı:
134 baxış

Psixoloji sağlamlıq üçün kritik saatlar açıqlandı: 23:00-da sonra....

Sağlam psixoloji vəziyyət üçün insanların bioloji saata uyğun yatması vacibdir.

Medianews.az xəbər verir ki, türkiyəli xütəxəssis Arif Verimli yuxu rejimi və psixi sağlamlıqla bağlı diqqətçəkən açıqlama verib.

Mütəxəssis sosial şəbəkədə paylaşdığı açıqlamada “23:00–05:00 saatları arasında yatmaq lazımdır. Psixoloji sağlamlığın başqa yolu yoxdur” deyə vurğulayıb.

Onun sözlərinə görə, həmin saatlarda melatonin hormonunun səviyyəsi ən yüksək olur və yuxusuzluq psixi problemlərə səbəb ola bilir.

Mütəxəssislər son araşdırmalarda yuxunun yalnız müddətinin deyil, yuxu rejimi və bioloji ritmin də sağlamlığa birbaşa təsir etdiyini bildirirlər.

Medianews.az

 

Bizə qoşulun