Diyetoloq Yevqeniya Rozum pomidor və xiyarın sağlamlığa təsiri barədə danışıb.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, xiyar 95% sudan ibarətdir. Bu tərəvəz orqanizmin maye balansını qorumağa kömək edir, həmçinin tərkibində kalium, maqnezium və antioksidantlar var.
Xiyar bağırsaq mikrobiotasına müsbət təsir göstərir və öd axımını yaxşılaşdırır.
Pomidor isə karotinoidlər və güclü antioksidant likopinlə zəngindir. Likopin ürək, damar və beyin sağlamlığına müsbət təsir edir, istiliklə işlənmiş pomidorda isə daha da güclənir. Pomidorun tərkibindəki lutein və zeaksantin görməni yaxşılaşdırır, liflər isə həzm sisteminə faydalıdır.
Mütəxəssis qeyd edib ki, pomidorlarda antioksidantlar daha çox olduğu üçün onların faydası bir qədər üstün ola bilər. Lakin ən yaxşı seçim — həm pomidor, həm də xiyarın birgə istifadəsidir, çünki hər biri orqanizmə fərqli fayda verir.
Rozum vurğulayıb ki, pomidor və xiyarın birlikdə yeyilməsinin zərərli olduğuna dair elmi sübut yoxdur. Əksinə, sağlam insanlar onları salatlarda rahatlıqla birləşdirə bilərlər.
Medianews.az