Medianews.az
Polislər oğrunu tutmaq üçün
96 baxış

Polislər oğrunu tutmaq üçün aslan kostyumu geyindilər

Taylandda polislər oğrunu tutmaq üçün aslan kostyumu geyiniblər.

Medianews.az xəbər verir ki, hadisə Banqkokda baş verib.

33 yaşlı kişi Banqkok polis rəisinin evindən iki milyon baht dəyərində əşyalar, o cümlədən iki Budda heykəli oğurlamaqda ittiham olunur.

Onun “Qanunsuz Coco” ləqəbi ilə tanınan cinayətkar olduğunu bildirilir.

Hüquq-mühafizə orqanları Çin Yeni il festivalı zamanı aslan kostyumunda pusqu quraraq onu saxlayıblar.

Kişi oğurluğu narkotik və qumar üçün etdiyini etiraf edib. Onun əvvəllər də məhkumluğu olub.

Medianews.az

Bizə qoşulun