Yapon alimləri müəyyən ediblər ki, pişiklər yeməklərini təkcə doyduqları üçün deyil, həm də qidanın qoxusuna alışdıqları üçün yarımçıq qoyurlar.
Medianews.az xəbər verir ki, araşdırmaya görə, eyni yeməyin qoxusu pişiklərin iştahını azaldır, yeni qoxu isə onları yenidən yeməyə həvəsləndirir.
2023–2026-cı illərdə aparılan təcrübədə 12 sağlam pişik iştirak edib. Nəticələr sübut edib ki, pişiklər əsasən kiçik porsiyalarla və tez-tez yeməyi üstün tuturlar. Alimlər hesab edirlər ki, bu mexanizmin öyrənilməsi xəstə pişiklərin iştahını artırmaq üçün faydalı ola bilər.
Medianews.az