Baş nazir Nikol Paşinyan parlament seçkilərində səs verib.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Ermənistanda parlament seçkiləri üçün səsvermə başlayıb. Ölkə üzrə 2005 seçki məntəqəsi açılıb və onlar saat 20:00-a qədər açıq qalacaq.
Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, 2 milyon 485 min 851 vətəndaşın səs vermək hüququ var.
Seçkilərdə iki siyasi blok - "Ermənistan" və "Güclü Ermənistan", eləcə də "Vətəndaş Müqaviləsi", "Çiçəklənən Ermənistan" və s. daxil olmaqla 16 partiya iştirak edir.
Xatırladaq ki, əvvəlki növbədənkənar parlament seçkiləri 2021-ci ildə keçirilib./APA