Medianews.az
Özünü məmur kimi tanıdıb vətəndaşları aldadırmış -
121 baxış

Özünü məmur kimi tanıdıb vətəndaşları aldadırmış - FOTO

Ağsuda dələduzluq əməlinə görə 1 nəfər saxlanıb.

Medianews.az xəbər verir ki, Ağsu RPŞ-nin keçirdiyi tədbirlərlə vətəndaşları aldadaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Xəyalə Kərimova saxlanıb.

O, zərərçəkmişlərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib və əvvəlcədən ödəniş etmələri müqabilində həmin şəxsləri sosial müavinət, eləcə də güzəştli mənzillə təmin edəcəyinə dair yalan vədlər verib. Bu üsulla X.Kərimova 8 min manatdan artıq pul əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. // Qafqazinfo

Bizə qoşulun