Medianews.az
Haluk Leventin qumarxanadan
101 baxış

Haluk Leventin qumarxanadan görüntüləri sızdı

AHPAB dərnəyi ilə bağlı araşdırmada yeni detallar ortaya çıxıb.

Dərnəyin rəhbəri Haluk Leventin kazinoda qumar oynadığı fotoları yayılıb.

Ötən gün saxlanılan müğənninin qumarxanada, rulet masası arxasında çəkilmiş fotoşəkilləri ictimaiyyətə sızıb.

Fotolar sosial şəbəkələrdə yayılan şəkillər hamıda ikrah və qəzəb hissi oyadıb.

Xatırladaq ki, Haluk Leventin təsisçisi olduğu AHPAB dərnəyi adına toplanan ianələrin şübhəlilərin şəxsi hesablarına köçürüldüyü iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılanların sayı 39-a çatıb.

İstanbul Respublika Prokurorluğu tərəfindən "Dərnəklər Qanununa zidd hərəkətlər" və "cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərini yumaq" ittihamları ilə başladılan istintaq genişlənib./BAKU.WS

Bizə qoşulun