Medianews.az
Azərbaycanda toyların ən çox keçirildiyi ay
107 baxış

Azərbaycanda toyların ən çox keçirildiyi ay hansıdır?

Evlənmək istəyən cütlüklərin əksəriyyəti toy tarixini hava şəraiti, məkan seçimi və ailə planlarına uyğun müəyyənləşdirir. Azərbaycanda uzun illərdir ən çox nikahın bağlandığı dövrlər əsasən avqust, sentyabr və oktyabr ayları hesab olunur.

Medianews.az bildirir ki, göstəricilərə görə, yayın sonu və payızın əvvəllərində nikahların sayının digər aylarla müqayisədə daha yüksək olduğunu göstərir.

Mütəxəssislərin fikrincə, bu aylarda havanın mülayim keçməsi, məzuniyyət mövsümü və kənd təsərrüfatı işlərinin böyük ölçüdə başa çatması toyların daha çox təşkil olunmasına şərait yaradır. Buna görə də restoranlar, şadlıq sarayları və fotoqraflar üçün ən sıx iş dövrü də məhz bu aylara təsadüf edir.

Bununla yanaşı, son illərdə erkən planlaşdırma tendensiyası da güclənib. Bir çox cütlük həm daha sərfəli qiymətlərdən yararlanmaq, həm də istədiyi məkanı bron etmək üçün toy hazırlıqlarına aylar öncədən başlayır.

Bizə qoşulun