Medianews.az
İngiltərəni narahat edən xəbər:
106 baxış

İngiltərəni narahat edən xəbər: Raysın taleyi son anda həll olunacaq

İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Raysın Argentina ilə 2026-cı il dünya çempionatının yarımfinalında meydana çıxıb-çıxmayacağına matçdan əvvəl qərar veriləcək.

Medianews.az xəbər verir ki, Norveçə qarşı dörddəbir final oyunundan öncə bağırsaq infeksiyasına yoluxan Rays hələ tam sağalmasa da, son 48 saat ərzində vəziyyəti yaxşılaşıb.

O, eyni zamanda bir neçə aydır bel nahiyəsi və diz arxası vətərlərini təsirləndirən nevroloji problemlə də mübarizə aparır.

İngiltərə – Argentina yarımfinalı çərşənbə günü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Medianews.az 

Bizə qoşulun