Medianews.az
Oynaqları qorumaq üçün 50 yaşdan sonra
103 baxış

Oynaqları qorumaq üçün 50 yaşdan sonra necə qidalanmalı?

Endokrinoloqlar 50 yaşdan yuxarı insanlara sümük və oynaq sağlamlığını qorumaq üçün kalsium, D vitamini və zülalla zəngin qidalar qəbul etməyi tövsiyə ediblər.

Medianews.az xəbər verir ki, həkim Cad Sfeirin sözlərinə görə, sardina bu maddələrin yüksək miqdarda olması səbəbindən ən faydalı qidalardan biridir.

Mütəxəssislər, həmçinin əks göstəriş yoxdursa, süd məhsullarının istifadəsini və müntəzəm fiziki aktivliyi məsləhət görürlər.

Endokrinoloq Yesika Qarsia isə bildirib ki, spirtli içkilər, həddindən artıq duz və şirin qazlı içkilər sümük toxumasına mənfi təsir göstərir. Onun sözlərinə görə, qazlı içkilərdəki fosfor turşusu orqanizmdən kalsiumun azalmasına və zamanla sümüklərin zəifləməsinə səbəb ola bilər.

Medianews.az

Bizə qoşulun