Medianews.az
Orucu necə açmaq
60 baxış

Orucu necə açmaq daha doğrudur?

Medianews.az orucu açmaqla bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) tövsiyələrini təqdim edir.

Orucu mərhələli və düzgün açmaq mədə-bağırsaq sistemini qoruyur və rahat oruc tutmağa kömək edir.

Uzun müddət ac qalan mədəni birdən-birə ağır yeməklərlə yükləmək həzm problemlərinə səbəb ola bilər. 

Orucu düzgün açmaq üçün:

- İlıq su ilə başlayın. Mədəni yeməyə hazırlayın.

- Xurma, zeytun, salat və göyərti ilə davam edin.

- 15–20 dəqiqə fasilə verin. Sonra əsas yeməklərə keçin.

- İlk olaraq, sulu yeməklərə üstünlük verin.

Bu qaydalara əməl edərək rahat oruc tuta, sakit və mərhələli iftar keçirə, mədə-bağırsaq sistemini qoruya bilərsiniz.

Bizə qoşulun