Bu gündən Azərbaycanda yeni cərimələr qüvvəyə minir.
Medianews.az xəbər verir ki, bu gündən etibarən elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, satışı və satış məqsədilə saxlanmasına görə cərimələr tətbiq olunacaq.
Belə ki, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək.