Medianews.az
Çində daşqınlar nəticəsində
87 baxış

Çində daşqınlar nəticəsində ölənlərin sayı AÇIQLANDI

Çinin şimal-qərbində şiddətli yağışlar daşqınlara və palçıq sürüşmələrinə səbəb olub.

Medianews.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Məlumata görə, daşqınlar zamanı 10 nəfər ölüb, 23 nəfər yaralanıb.

Fəlakət səbəbindən təhlükəsiz yerə çata bilməyən onlarla turist bir neçə saatlıq xilasetmə əməliyyatından sonra təcili yardım xidmətləri tərəfindən xilas edilib.//Operativ Media

Bizə qoşulun