Norveç millisinin ulduz futbolçusu Erlinq Haalandın 19 yaşında olarkən yaşadığı maraqlı hadisə yenidən sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Medianews.az xəbər verir ki, yayılan görüntülərdə gənc futbolçunun Norveçdə fəaliyyət göstərən gecə klublarından birinə daxil olmaq istədiyi, lakin yaş məhdudiyyətinə görə içəri buraxılmadığı əks olunub.
Məlumata görə, həmin dövrdə Norveçdə gecə klublarına giriş üçün minimum yaş həddi 21 olduğundan, 19 yaşlı Erlinq Haaland təhlükəsizlik əməkdaşları tərəfindən məkandan uzaqlaşdırılıb.
İllər sonra yenidən yayılan kadrlar futbolsevərlərin marağına səbəb olub. İzləyicilər dünyanın ən tanınmış hücumçularından birinə çevrilən Haalandın gənclik illərinə aid görüntüləri sosial şəbəkələrdə geniş şəkildə paylaşaraq müxtəlif rəylər bildiriblər.//Milli.Az