Azərbaycanda gündəlik qəzetlərin sayı dördə düşüb.
Medianews.az bildirir ki, 2026-cı ilədək ölkədə 10 gündəlik qəzet çıxıb: “Azərbaycan”, “Xalq qəzeti”, “İki sahil”, “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “525-ci qəzet”, “Bakı xəbər”, “Səs”, “Şərq”, “Novoye vremya”.
Hazırda bu qəzetlərdən yalnız üçü (“Azərbaycan”, “Xalq qəzeti”, “Yeni Azərbaycan”) əvvəlki kimi həftədə beş dəfə olmaqla (bazar və bazar ertəsindən başqa hər gün) nəşrini davam etdirir.
Rus dilində çıxan “Novoye vremya” da dövriliyini dəyişməyib, həmişəki kimi həftədə dörd dəfə (çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə) işıq üzü görəcək.
Qalan qəzetlər (həftədə iki dəfə çıxacaq “Səs” istisna olmaqla) həftəlik nəşrə keçib.
Beləliklə, hazırda ölkədə Azərbaycan dilində üç, rusca bir gündəlik qəzet nəşr olunur.