Ölkənin tanınmış idmançılarından biri, sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərovun bu gün toy mərasimi keçirilir.
Medianews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, toy mərasimi Bakıda şadlıq saraylarından birində təşkil olunub.
Mərasimdə tanınmış idmançılar, idman xadimləri, məşqçilər, beynəlxalq dərəcəli hakimlər və digər rəsmilər iştirak edir.
Hazırda məşqçilik fəaliyyəti ilə məşğul olan Toğrul Əsgərov güləş üzrə qadınlardan ibarət yığma komandanın böyük məşqçisidir.
Xatırladaq ki, T. Əsgərov 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında 60 kq. çəki dərəcəsində qızıl medal qazanaraq ölkəmizin Olimpiya çempionu olub.
