Medianews.az
Niyə stress qarın ağrısı
66 baxış

Niyə stress qarın ağrısı yaradır?

Beyin qarşıdan gələn hadisəni təhlükə və ya çətinlik kimi qəbul edir. Nəticədə yaranan stress fiziki simptomlarla özünü göstərir.

Medianews.az xəbər verir ki, bu haqda terapevt Aygül Arslanova deyib.

Həkim vurğulayıb ki, güclü emosional gərginlik ən çox baş ağrısı və ya qarın ağrısı ilə özünü göstərir. Onun sözlərinə görə, stress hormonları qan damarlarının daralıb-genişlənməsinə səbəb olaraq baş ağrısı yaradır. Qarın ağrısı isə emosional gərginliyin qarın orqanlarında qan dövranını dəyişdirməsi və bağırsaq hərəkətlərini sürətləndirməsi ilə bağlıdır. Bu zaman ürəkbulanma, qıcolma, ishal və ya qəbizlik kimi hallar yarana bilər.

Həkim bu cür problemləri azaltmaq üçün dərin nəfəs alma, meditasiya, düzgün qidalanma və keyfiyyətli yuxunu tövsiyə edib. O əlavə edib ki, ağrılar uzun müddət davam edərsə, mütləq həkimə müraciət etmək lazımdır.

Medianews.az

Bizə qoşulun