Nipah virusunun aşkarlandığı ölkələrdə çiy meyvə və təzə sıxılmış şirələri yemək olmaz.
Medianews.az xəbər verir ki, bu barədə Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti (Rospotrebnadzor) bildirib.
Yarasalarla təmasda ola biləcək çiy və ya pasterizə olunmamış qidaları, xüsusən də soyulmamış çiy meyvələri və təzə sıxılmış şirələri yeməkdən çəkinmək lazımdır. Meyvə və tərəvəzləri yaxşıca yumaq lazımdır.
Agentlik həmçinin turistləri Nipah virusunun olduğu ölkələrə səyahət etməzdən əvvəl bölgədəki epidemioloji vəziyyəti araşdırmağa çağırıb.
Medianews.az