Gürcüstanın Milli Statistika Xidməti inflyasiya hesabatı yayıb.
Medianews.az bildirir ki, rəsmi açıqlamaya görə, yanvarda istehlak qiymətləri 2025-ci ilin ilk ayı ilə müqayisədə 4,8 faiz artıb. Ərzaq və spirtsiz içkilərdə bahalaşma 10,6 faiz, səhiyyə xidmətlərində 8,3 faiz, mehmanxana və ictimai iaşə xidmətlərində 8,1 faiz, spirtli içkilər və tütün məmulatlarında 3,5 faiz, təhsil sahəsində 2,2 faiz göstərilir.
Rabitə xidmətlərinin 4,6 faiz, istirahət və mədəniyyət xidmətlərinin 2,5 faiz, geyim və ayaqqabıların 1,8 faiz, mebel və məişət əşyalarının 0,6 faiz, nəqliyyat xidmətlərinin 0,3 faiz ucuzlaşdığı xəbər verilir.