"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun qızı Zəhra ailə həyatı qurub.
Milli.Az xəbər verir ki, Zəhra Samir adlı bəylə nikaha daxil olub. Cütlüyün toy mərasimi paytaxtda yerləşən "Neolit" restoranında təşkil edilib.
Mərasimdə şou-biznes nümayəndələri də qonaq qismində iştirak ediblər. Toya qatılan məşhurlar arasında Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, əməkdar artist Fərqanə Qasımova, eləcə də müğənni Sevda Yahyayeva və digər tanınmış simalar yer alıb.
Qeyd edək ki, toy mərasimi səmimi və təntənəli ab-havası ilə diqqət çəkib və sosial şəbəkələrdə də maraqla qarşılanıb.