Hakan Fidan CNN Türk-də canlı yayım zamanı ona ünvanlanan “Türkiyənin nüvə silahı olmalıdırmı?” sualına birbaşa cavab verməyib.
Medianews.az xəbər verir ki, canlı efirdə aparıcı Əhməd Hakan tərəfindən səsləndirilən sual studiyada diqqət çəkən anlara səbəb olub.
Fidan suala sözlə cavab vermək əvəzinə yalnız gülümsəməklə kifayətlənib.
Nazirin bu reaksiyası sosial mediada və siyasi dairələrdə geniş müzakirələr doğurub. Bəzi şərhçilər bunu Türkiyənin müdafiə siyasətində “strateji qeyri-müəyyənlik” yanaşması kimi qiymətləndirib. Digərləri isə məsələnin həssaslığı səbəbindən şərh verilmədiyini bildirib.
Rəsmi Ankara tərəfindən mövzu ilə bağlı əlavə açıqlama verilməyib.
Medianews.az