Dövlət Gömrük Komitəsinin (DGK) üç idarəsinə yeni rəhbər təyinatı olub.
Medianews.az İqtisadiyyat.az-a istinadla, bununla bağlı komitə sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmrlər imzalayıb.
Əmrlərə əsasən, gömrük xidməti polkovnik-leytenantı Rövşən Siyafiq oğlu Namazov DGK-nın Gömrük Siyasəti Baş İdarəsinin rəisi təyin olunub.
Eyni zamanda, gömrük xidməti mayoru Elçin Zülfəli oğlu Qasımzadə Audit İdarəsinin rəisi təyin edilib.
Bundan əlavə, gömrük xidməti mayoru Şamil Rizvan oğlu Həsənli Daxili Təhlükəsizlik İdarəsinin rəisi təyin olunub.