Medianews.az
Yaponiyada mandat bölgüsü dəqiqləşdi
94 baxış

Yaponiyada mandat bölgüsü dəqiqləşdi

Yaponiya parlamentinin aşağı palatasında mandat bölgüsü dəqiqləşib.

Medianews.az bildirir ki, 8 fevral seçkisində baş nazir Sanae Takaitinin Liberal Demokrat Partiyası 465 nəfərlik Nümayəndələr Palatasında 316, koalisiya ortağı - İnnovasiyalar Partiyası 36 yerə sahib çıxıb.

Mərkəzçi İslahat Alyansı 49, Demokrat Partiyası 28, Sanseyto Partiyası 15, Mirai Komandası 11, Kommunist Partiyası 4, Yaponiya və Yukoku Alyansı 1, Reyva Sinsenqumi Partiyası 1, müstəqillər 4 mandat götürüb.

Yaponiya konstitusiyalı monarxiyadır. 2019-cu ildən Naruhito imperatorluq edir. Ölkədə hökumət parlamentdəki qüvvələr nisbəti əsasında qurulur.

1961-ci il təvəllüdlü Sanae Takaiti 2025-ci il oktyabrın 21-dən baş nazirdir.

Nümayəndələr Palatasının 176 üzvü proporsional üsulla (partiya siyahıları üzrə), 289 üzvü majoritar sistemlə (dairələrdən) mandat alır.

248 nəfərlik yuxarı palata – Müşavirlər Palatası da qarışıq üsulla seçilir. Hakim komanda bu palatada azlıqdadır.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun