Fransa Prezidenti Emmanuel Makron bir neçə avropalı həmkarına Rusiya ilə dialoqu bərpa etməyi təklif edib.
Medianews.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.
"Düşüncəm çox sadədir: bu müzakirəni başqalarına həvalə etmək istəyirik? Coğrafi mövqeyimiz dəyişməyəcək, Rusiyanı bəyənsək də, bəyənməsək də, o sabah da yox olmayacaq", - deyə o bildirib.
Fransa lideri həmçinin qeyd edib ki, Avropada yeni təhlükəsizlik arxitekturasının Rusiyanın iştirakı ilə qurulması lazım olacaq.
Medianews.az