Medianews.az
Trampın Qəzza ilə bağlı ŞOK PLANI:
63 baxış

Trampın Qəzza ilə bağlı ŞOK PLANI: BU ÖLKƏ qoşun göndərir

ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı planının tərkib hissəsi olaraq yaradıldığı bildirilən Beynəlxalq Sabitləşdirmə Qüvvələri (ISF) çərçivəsində bölgəyə yerləşdiriləcək ilk xarici ölkənin İndoneziya olacağı iddia edilir.

Medianews.az xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN-ın təhlükəsizlik mənbələri məlumat yayıb.

Qəzzada İndoneziya hərbçilərinin yerləşdirilməsi üçün artıq hazırlıqlara başlanılıb. Bildirilir ki, əsgərlərin yaşayış məntəqələrinin tikintisi davam edir və obyektlərin bir neçə həftə ərzində hazır olacağı gözlənilir.

Məlumata əsasən, İndoneziya əsgərləri Qəzzanın cənubunda – Rəfah və Xan Yunis şəhərləri arasındakı ərazidə yerləşdiriləcək. Bölgədə bir neçə min İndoneziya hərbçisinin xidmət edəcəyi təxmin edilir.

Mənbə iddia edir ki, İndoneziya ISF çərçivəsində Qəzzaya daxil olan ilk xarici qüvvə olacaq. Əsgərlərin dəqiq yerləşdirilmə tarixi açıqlanmasa da, Təl-Əviv və Cakarta arasında hərbçilərin Qəzza zolağına köçürülməsi ilə bağlı danışıqların başladığı bildirilir.

Qeyd edək ki, Trampın planına əsasən, Qəzzada təhlükəsizliyi təmin etmək üçün Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yaradılması nəzərdə tutulur. Məlumata görə, bu qüvvələrə ABŞ general-mayoru Casper Ceffers komandanlıq edəcək.

Məsələ ilə bağlı rəsmi Vaşinqton, Cakarta və ya digər tərəflər tərəfindən hələlik açıqlama verilməyib.

Medianews.az 

Bizə qoşulun