Medianews.az
Azərbaycanın Nazirlər Kabinetində neçə boş yer var?
215 baxış

Azərbaycanın Nazirlər Kabinetində neçə boş yer var?

37 nəfərdən ibarət Nazirlər Kabinetində 2 vakant yer var.

Prezidentin yuxarı icra orqanı olan Nazirlər Kabinetinin tərkibinə baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir.

Medianews.az bildirir ki, 2025-ci il fevralın 5-dən ekologiya və təbii sərvətlər naziri postundan çıxarılan Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib. Yeni nazir təyin olunmayıb.

2026-cı il fevralın 9-da isə Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri postundan götürülərək Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb.

Kabinetdəki qalan postları bu şəxslər tutur:

baş nazir - Əli Əsədov

baş nazirin birinci müavini - Yaqub Eyyubov

baş nazirin müavinləri - Şahin Mustafayev, Samir Şərifov

xarici işlər naziri - Ceyhun Bayramov

müdafiə naziri - Zakir Həsənov

ədliyyə naziri - Fərid Əhmədov

daxili işlər naziri - Vilayət Eyvazov

fövqəladə hallar naziri - Kəmaləddin Heydərov

maliyyə naziri - Sahil Babayev

iqtisadiyyat naziri - Mikayıl Cabbarov

müdafiə sənayesi naziri - Vüqar Mustafayev

energetika naziri - Pərviz Şahbazov

kənd təsərrüfatı naziri - Məcnun Məmmədov

rəqəmsal inkişaf və nəqliyyat naziri - Rəşad Nəbiyev

əmək və əhalinin sosial müdafiəsi naziri - Anar Əliyev

elm və təhsil naziri - Emin Əmrullayev

səhiyyə naziri - Teymur Musayev

gənclər və idman naziri - Fərid Qayıbov

mədəniyyət naziri - Adil Kərimli

Dövlət Gömrük Komitəsinin sədri - Şahin Bağırov

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri - Anar Quliyev

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri - Bahar Muradova

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri - Rövşən Rzayev

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri - Fuad Muradov

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri - Ramin Məmmədov

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi - Əli Nağıyev

Xarici Kəşfiyyat Xidmətinin rəisi - Orxan Sultanov

Dövlət Sərhəd Xidmətinin rəisi - Elçin Quliyev

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi - Mürsəl İbrahimov

Dövlət Miqrasiya Xidmətinin rəisi - Vüsal Hüseynov

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri - Zaur Mikayılov

Qida Təhlükəsizliyi Agentliyinin sədri - Qoşqar Təhməzli

Dövlət Turizm Agentliyinin sədri - Fuad Nağıyev

Milli Arxiv İdarəsinin rəisi - Əsgər Rəsulov.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun