Medianews.az
Soyuq hava bu avtomobilləri
186 baxış

Soyuq hava bu avtomobilləri sıradan çıxarır

Çin istehsalı olan “Haval” markalı avtomobillərdə şaxtalı hava şəraitində ciddi texniki problemlər müşahidə olunur. Sürücülər donma temperaturunda qapıların, tutacaqların və sükanın sıradan çıxdığını bildirirlər.

Medianews.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Haval H9 və Haval F7x modellərinin sahibləri gecəni avtomobildə keçirdikdən sonra maşına minib-düşməkdə çətinlik yaşadıqlarını qeyd ediblər. Bildirilir ki, qapılar açılmır, tutacaqlar donur.

Sürücülər eyni zamanda mühərriklə bağlı problemlərdən də şikayət edirlər. Onların sözlərinə görə, mühərrik işə düşmür, starter isə boş işləyir. Xüsusilə havanın -10°C-dən aşağı düşdüyü hallarda bu problemlər daha qabarıq şəkildə özünü göstərir.

Medianews.az

Bizə qoşulun