"Neftçi" Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.
Medianews.az xəbər verir ki, Yuri Vernidubun komandası "ÇFR Kluj" ilə üz-üzə gələcək. Rumıniya təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, "Neftçi" iyulun 6-da "Partizan" (Serbiya), 10-da "Radniçki Niş" (Serbiya), 13-də isə "Osiyek" (Xorvatiya) ilə qarşılaşacaq./Qol.az