Medianews.az
Müharibənin İsraildə əmlaka vurduğu ziyan:
121 baxış

Müharibənin İsraildə əmlaka vurduğu ziyan: 30 minə yaxın müraciət var

Fevralın 28-də İrana qarşı müharibəyə başlayandan sonra İsraildə əmlaka dəyən ziyanla bağlı 30 minədək müraciət qeydə alınıb.

Medianews.az bildirir ki, məlumatı İsrailin Maliyyə Nazirliyinin Vergi İdarəsi açıqlayıb.

İsraildə 65 kompensasiya fondu fəaliyyət göstərir. Bu fondlar müharibədə evləri və digər əmlakı zərər görmüş vətəndaşlara yardım edir. Həmçinin mehmanxanalarda yerləşdirilən köçkünlərə dəstək göstərmək üçün ayrıca əmlak vergisi qrupları işləyir.

Bütün bu qurumların verdiyi hesabatları cəmləşdirən Maliyyə Nazirliyinin Vergi İdarəsi ümumilikdə fevralın 28-dən bəri əmlaka dəyən ziyanla bağlı 28 min 237 müraciətin qeydə alındığını vurğulayır. Müraciətlərin 18408-i tikililərə, 6617-si nəqliyyat vasitələrinə, 2594-ü ev avadanlıqlarına dəyən ziyanla, 618-i isə digər maddi itkilərlə bağlıdır.

Müraciətlərin təxminən 80 faizi üzrə qiymətləndirmə aparılıb və artıq bəzi şəxslərə kompensasiyalar ödənib.

Ən çox müraciət Tel-Əvivdən, Beer-Şeva, Arad və Petah-Tikva şəhərlərindən edilib.

Medianews.az

Bizə qoşulun