Medianews.az
Müəllim olduğu idda olunurdu –
114 baxış

Müəllim olduğu idda olunurdu – Əslində isə....

Türkiyədə sosial şəbəkələrdə “Mardində işləyən müəllim” qeydi ilə yayılan fotoların həqiqəti əks etdirmədiyi məlum olub.

Medianews.az xəbər verir ki, çoxsaylı izləyicisi olan sosial şəbəkə hesablarında yayılan görüntülərin peşəkar çəkiliş olduğu və bir modelə aid edildiyi müəyyənləşdirilib.

Fotoların stok/model (əlcədən çəkilmiş, kommersiya və media məqsədli, peşəkar modelin yer aldığı foto) çəkilişi çərçivəsində hazırlandığı bildirilib.

Həmçinin kadrların Mardində çəkildiyi iddia olunurdu. Lakin görüntülərin başqa məkanda reallaşdırılan peşəkar çəkilişə aid olduğu üzə çıxıb.

Türkiyəli mütəxəssislər sosial şəbəkələrdə yayılan məlumatların yoxlanılmadan paylaşılmasının yanlış informasiyanın sürətlə geniş auditoriyaya çatmasına səbəb olduğunu vurğulayırlar.

Medianews.az

Bizə qoşulun